- Baxış sayı: 9
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 225
- Fevral 04, 2026
- 0
Hakimlərimiz Avropa liqasının 2-ci təsnifat mərhələsinin oyununa təyinat alıblar. Allsport.az saytı xəbər verir ki, iyulun 26-da Almatı şəhərində Qazaxıstanın “Kayrat” və Niderlandın “Alkmaar” klubları arasında keçiriləcək ilk görüşü FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədovdur. 4-cü ədalət təmsilçiliyini Orxan Məmmədov yerinə yetirəcək. Bizimkilərin işinə Çex Respublikasından olan hakim-inspektor Miroslav Liba qiymət verəcək.