- Baxış sayı: 40
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 130
- Fevral 06, 2026
- 0

Millinin hücumçusu Mahir Əmrəli karyerasını Almaniyada davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, 27 yaşlı futbolçu 2-ci bundesliqadan “Nürnberq”ə keçib. Azərbaycanlı forvardla 1-illik anlaşılıb. Onun son klubu Xorvatiya “Dinamo”su (Zaqreb) olub.
Həmyerlimiz açıqlama da verib. Bildirib ki, Almaniyaya köçmək üçün şüurlu qərar verdib: “Mən son bir neçə gün ərzində ərazi və ətraf haqqında yaxşı təəssürat yarada bilmişəm. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəyəm. Tez sağalmağım üçün klubda ən yaxşı şərait tapmışam. FCN-də vaxtımı səbirsizliklə gözləyirəm”.