- Baxış sayı: 29
- 23 Aprel 2025 22:37
- Baxış sayı: 63
- Aprel 23, 2025
- 0
AFFA-nın vitse-prezidenti və AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Könül Mehdiyeva bu il Almaniyada qitə çempionatının finalına UEFA tərəfindən təyinat alıb. Allsport.az saytı xəbər verir ki, bununla ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirə təyinat alıb. O, 17 iyun – 1 iyul aralığında AVRO-2024-ün Frankfurt şəhərində təşkil olunacaq 5 oyununda UEFA nümayəndəsi olacaq.
Qrup mərhələsi çərçivəsində iyunun 17-də Belçika – Slovakiya, 20-də Danimarka – İngiltərə, 23-də İsveçrə – Almaniya, 26-da Slovakiya – Rumıniya görüşlərinə və iyulun 1-də 1/8 final qarşılaşmasına nəzarət edəcək.
UEFA nümayəndəsi qitə futbol qurumunun keçirdiyi oyunlara və turnirlərə təyin edilən ən yüksək rütbəli oyun rəsmisidir. Nümayəndə oyunların təşkilinin bütün aspektləri üzrə ümumi səlahiyyətə malikdir, matçın və ya turnirin nizamlı təşkilinin təmin edilməsinə, oyundan əvvəl, oyun zamanı və sonra stadionun istər daxilində, istərsə də xaricində nizam-intizam və təhlükəsizlik qaydalarına riayət olunmasına cavabdehdir.