- Baxış sayı: 226
- 17 Noyabr 2025 21:56
- Baxış sayı: 51
- Dekabr 05, 2025
- 0
ABŞ-ın Nebraska ştatında atletika üzrə Tələbələrin Liqa yarışlarının növbəti mərhələsi başa çatıb. Allsport.az saytı xəbər verir ki, Linkoln şəhərində keçirilən turnirdə ABŞ-da təhsil alan azərbaycanlı tələbə Ələsgər Məmmədov da iştirak edib. O, hündürlüyə tullanma yarışlarında bu dəfə 2.07 m nəticə göstərib və 6-cı yeri tutub. Həmyerlimizə müvafiq yer üçün nəzərdə tutulan diplom və mükafatlar təqdim olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl Tələbələrin Liqa yarışlarının əvvəlki mərhələsində Ələsgər Məmmədov 2.05 m nəticə ilə üçüncü yeri tutub və bürünc medala layiq görülüb.
Ümumilikdə, yarışdakı çıxışını yüksək qiymətləndirən təşkilatçılar Miçiqan Universitetində təhsil alan həmyerlimizin böyük potensiala malik olduğunu bildirib.