Azərbaycanlıların sevimlisi “Traktor-Sazi” Tehranda fars çempionuna qalib gəldi

İran Premyer Liqasında 29-ci turun görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, Güney Azərbaycanı təmsil edən klublar növbəti oyunlarına çıxıblar.

Odlar yurdunun da sevimlisi olan “Traktor-Sazi” səfərdə əzəli rəqibi “İstiqlal” klubu ilə qarşılaşıb. Gərgin keçən mübarizədə təbrizlilər Tehran  komandasına 3:2 hesabı ilə qalib gəlib. Bu şəhərin digər təmsilçisi “Göstəriş” evdə lider “Persopolis”ə uduzub – 2:4.

Güney Azərbaycanı Arazın o tayinda təmsil edən Ənzəlinin “Malavan” kollektivi doğma meydanda “Səba” (Batteri) ilə heç-heçə oynayaraq, aşagı dəstəyə düşməmək imkanını hələ də saxlayıb – 1:1.

Hazırda “Traktorsazi” 48 xalla 4-cü pillədədir. “Göstəriş” 38 xalla 9-cu, “Malavan” isə 27 xalla 13-cüdür.

Həmin kateqoriyadan