- Baxış sayı: 16
- 27 Noyabr 2024 14:26
- Baxış sayı: 36
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 10-cu turunda “Qarabağ” – “Sumqayıt” qarşılaşması 2 futbolçu üçün yubileylə yadda qalıb. Allsport.az saytı xəbər verir ki, Abdullah Zubir və Elvin Bədəlov ölkə çempionatlarında 100-cü matçını keçiriblər.
2018-ci ilin yayında “Qarabağ”a transfer olunan yarımmüdafiəçi, bu oyunda sonradan meydana çıxıb. Azərbaycanda 5-ci mövsüm keçirən Zubir yalnız Ağdam klubunda çıxış edib. O, 2018/19 mövsümündə 23, 2019/20 mövsümündə 19, 2020/21 mövsümündə 26, ötən çempionatda 25 dəfə şans qazanıb. Cari yarışda isə 7-ci dəfə meydana çıxıb.
Elvinin premyer liqada debütü daha əvvələ təsadüf edib. 2013/14 mövsümündə “Neftçi”nin heyətində şans qazanan müdafiəçi bu komandadakı 4 mövsümdə 41 oyun keçirib. 2018-ci ilin yayından “Sumqayıt”ın şərəfini qoruyan müdafiəçi “Gənclik şəhəri” təmsilçisindəki 59-cu matçına start “11-lik”də başlayıb.
Qeyd edək ki, “Azərsun arena”da matçda meydan sahibləri 3:1 qələbə qazanıblar.