Azad Rəhimov: Əminik ki, gənclər festivalı unudulmaz anlar, xoş xatirələrlə iz buraxacaq

Bu gün “Bulvar” mehmanxanasında Avropa gənclər yay olimpiya festivalının əməliyyat komitəsi mətbuat konfransı keçirib. Allsport.az saytı xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Avropa olimpiya komitəsinin rəhbəri Yaneş Koçyançiç və bu qurumun əlaqələndirmə komissiyasının başçısı Corce Visaçki iştirak etdilər.

Qonaqları Bakıda salamlayan Azad Rəhimov qeyd dedi: “Paytaxtımız Bakı daha bir mötəbər idman tədbirinə ev sahibliyi edir. Yarışları qəbul edəcək bütün idman obyektlərimiz, İdmançılar kəndimiz, bütünlükdə Bakı bu festivala tam hazırdır. Artıq bütün atletlər və milli olimpiya komitələrinin nümayəndələri İdmançılar kəndində yerləşiblər. Biz əminik ki, 48 ölkənin iştirakı ilə baş tutacaq bu 7 günlük yarışlar unudulmaz anlar, xoş xatirələrlə iz buraxacaq. Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək. Güləşçilər, cüdoçular, gimnastlar və atletlərdən medallar gözləyirik”.

Avropa olimpiya komitəsinin prezidenti Yaneş Koçyançiç Bakıya bir daha təşrif buyurmasından məmnunluğunu bildirdi və gənclərin idman bayramının yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə etdi.

GİN-in məlumatına görə, mətbuat konfransında jurnalistlərə hazırlıq işlərinin yekunu haqda məlumat verilib. Media mənsubları ümumi statistika ilə tanış edildi, Oyunlara marağın böyük olması diqqətə çatdırıldı. Qeyd olundu ki, açılış və bağlanışa biletlər tam satılıb.

Həmin kateqoriyadan