- Baxış sayı: 119
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün Avropa yeniyetmələrinin yay olimpiya festivalının əməliyyat komitəsi son mətbuat konfransı keçirildi. Allsport.az saytı xəbər verir ki, toplantıda gənclər və idman naziri Azad Rəhimov, Avropa olimpiya komitələrinin vitse-prezidenti Nils Nayqard və Avropa olimpiya komitələri əlaqələndirmə komissiyasının rəhbəri Corce Visaçki iştirak etdilər.
Yarışlarda iştirak edən idmançıların və qonaqların rəylərinə əsaslanan Azad Rəhimov bildirib ki, yarışlar uğurla həyata keçir və artıq 135 təltifetmə mərasimindən 115-i yekunlaşıb. Medal sıralamasında Rusiya komandasının lider olduğu vurğulanmaqla yanaşı, Azərbaycan idmançılarının da festivalı 48 iştirakçı ölkə arasında 2-ci pillədə başa vurmağa yaxındır.
“Festival boyunca biz sadəcə yeniyetmələr deyil, əzmkarlığı, zəhmətləri ilə demək olar ki, olimpiya çempionlarından heç də geri qalmayan peşəkar idmançılar gördük. Ümid edirəm ki, bu festival onları gələcəkdə daha böyük nailiyyətlər üçün ruhlandıracaq, həvəsləndirəcək. İnanıram ki, bütün qonaqlar yarışlardan, ölkəmizdən xoş təəssüratlarla ayrılır. Mən onların hər birinə təhlükəsiz, sağ-salamat geri dönüş arzu edirəm”, Azad Rəhimov əlavə etdi.
Nazir oyunlara tamaşaçı marağının gözlənildiyindən də çox olduğunu, həndbol, atletika, üzgüçülük yarışlarına gündəlik sessiyalarda nəzərdə tutulan bütün biletlərin satıldığını, güləş, cüdo və gimnastika yarışlarında isə hətta nəzərdə tutulandan əlavə yerlər açmalı olduqlarını deyib.
KİV-in rolunu da xüsusi vurğulayan Azad Rəhimov idman obyektlərində hər gün orta hesabla 110-120 jurnalistin yarışları işıqlandırdığını məmnunluq hissi ilə bildirib. Azad Rəhimovun sözlərinə görə, yarışla paralel olaraq “Olimpiya mədəniyyəti və təhsil proqramı”, “Yeni liderlərin idman liderliyi proqramı” və “Dopinqdən istifadəyə qarşı monitorinq proqramı” layihələrinin həyata keçirilməsi də mühüm məqamlardandır.
Mətbuat konfransında iştirak edən Avropa olimpiya komitələrinin vitse-prezidenti Nils Nayqard çıxışında festivalı olduqca yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan tərəfinə təşəkkürlərini çatdırıb, Bakı turnirinin gənclərin idman yarışı tarixində özəl yer tutacağını bildirib.
Yekunda jurnalistlərin sulları cavablandırılıb.