- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Bakıda keçiriləcək Formula-1 Avropa qran-pri yarışına hazırlıq işləri plana uyğun gedir. Yarış iştirakçılarını və rəsmi qonaqları qarşılamaq üçün lazımi tədbirlər görülür”. Allsport.az saytının məlumatına görə, bu sözü iyunun 9-da Qəbələ şəhərində jurnalistlərə müsahibəsində gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib, elektron viza prosesi həyata keçirilir:
“Çalışırıq ki, Azərbaycana gələcək 3 minə yaxın qonağı və idmançını Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yüksək səviyyədə qarşılayaraq otellərdə yerləşdirə bilək. Qonaqlar üçün otellər tam hazır vəziyyətə gətirilib. Eləcə də, iyunun 17-dən 19-dək Formula-1 yarışlarının keçiriləcəyi Bakı şəhər halqası da hazırdır. Bu gün şəhərdə avtomobillərin hərəkətinin dayanmaması üçün Bakı şəhər halqasını bağlamırıq.
Yarışla bağlı iyunun 16-da həmin yollar bağlanacaq. Ümumiyyətlə, Bakı şəhər halqası boyunca hazırlıq işləri yekunlaşmaq üzrədir. İşlər beynəlxalq standartlar səviyyəsində görülüb. Ümid edirəm ki, 3 gün ərzində bu idman yarışı yüksək səviyyədə keçiriləcək”.