AzAL 2 legionçusu ilə vidalaşıb

Ölkə kubokunda mübarizəni dayandıran AzAL 2 futbolçu ilə yolunu ayırıb. Allsport.az saytı xəbər verir ki, “təyyarəçilər”in çinli müdafiəçi Brayn Foku ilə vidalaşacağı öncədən bəlli idi. Onunla yanaşı, Adan Koronado da Premyer liqanın autsayderini tərk edib.

Amerikalı futbolçunun AzAL ilə mövsümün sonunadək müqaviləsi olsa da, o, şəxsi problemlərini əsas gətirərək komandadan ayrılmaq istəyib. Rəhbərlik də buna razı olub. Qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

 

Həmin kateqoriyadan