- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
AzAL-ın əsas komandası hələ hazırlığa başlamasa da, baş məşqçi Tərlan Əhmədov iş başındadır. Allsport.az xəbər verir ki, “Binə” stadionunda klubun ehtiyat qüvvəsinə baxış keçirən gənc mütəxəssis seleksiya fəaliyyətinə start verib.
Burada məqsəd əvəzedici heyətə və əsas komandaya futbolçu seçməkdir. Baxışa 30-dan çox futbolçu dəvət edən Əhmədov onların arasından ən layiqli 10 yeniyetməni əsas heyətin məşqlərinə də cəlb etməyi planlaşdırır.
Qeyd edək ki, yoxlanışa gələnlər arasında Rusiya və İrandan gələn həmyerlilərimiz də var. “Seçim turu”na yanvarın 5-də yekun vurulacaq.