- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
Ötən il dekabrın 21-dən etibarən istirahətə yollanan AzAL bu gün hazırlıga start verib. Allsport.az xəbər verir ki, səhər saat 11:00-da Şüvəlandakı bazada bir araya gələn komanda üzvləri yanvarın 8-dək yaşıl meydana çıxmayacaq.
Bu müddət ərzində əsasən fiziki hazırlıga üstünlik verəcək baş məşqçi Tərlan Əhmədov yetirmələrini dəniz kənarında məşq etdirəcək. Yanvarın 8-dən etibarən məşqlər “AzAL Arena”da keçiriləcək.
Qeyd edək ki, ilk mərhələdə baxışa 4-5 yeni futbolçunun cəlb olunması planlaşdırılır. 3 mərhələdən ibarət olacaq qış hazırlıgına isə dekabrın 23-də yoxlama oyunu ilə yekun vurulacaq.