- Baxış sayı: 40
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 130
- Fevral 06, 2026
- 0
“Zirə” ilə oyundan sonra istirahətə yollanan AzAL-da qış hazırlıq planları dəqiqləşib. Allsport.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov hazırlıq proqramını dünən rəhbərliyə təqdim edib.
3 mərhələdən ibarət təlim proqramına əsasən, məşqlər gələn il yanvarın 5-də bərpa olunacaq. İlk gündə tibbi baxışdan keçiriləcək komandanın üzvləri ayın 6-da meydana çıxacaq. Birinci mərhələ yanvarın 10-da yoxlama görüşü ilə yekunlaşacaq. 11-24 yanvar aralıgında isə növbəti təlim-məşq toplanışına start veriləcək.
Bu müddət ərzində məşqlərlə yanaşı ən azı 4 yoxlama oyunu da keçiriləcək. Artıq rəqiblərin axtarışına başlanılıb. Çox güman ki, AzAL hazırlıq dövründə ölkə xaricinə yollanmayacaq “Kəpəz”lə iki oyunda üz-üzə gələcək. Klublar arasında ilkin danışıqlar aparılır və bunun nəticəsindən asılı olaraq, oyun tarixləri müəyyənləşəcək. “Sumqayıt” və “Rəvan” kimi elita klubları da Bakıda qalsa, onda bu sınaqçı-rəqiblərə də müraciət olunacaq.