- Baxış sayı: 150
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 150
- Dekabr 05, 2025
- 0
Transfer fəaliyyətini davam etdirən AzAL heyətinə daha iki futbolçu qatıb. Allsport.az xəbər verir ki, sonuncu klubu Ukraynanın “Metalluq” (Donetsk) klubu olan Hamid Yasin dünən müqaviləyə imza atıb.
22 yaşlı hücumçu iki il müddətində AzAL-da forma geyəcək. Ukraynanın U-16, U-17 və U-18 milli komandalarının da formasını geyən Yasin misir əsilli olsa da, onun ölkəmizlə bağlılığı var. Belə ki, hazırda onun ögey atası azərbaycanlıdır.
Digər futbolçu isə gürcü Aleksandr Qurulidir. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Quruli birillik anlaşmaya imza atıb.