“Azarkeşlər belə nəticələri qəbul etmir”

“Kəpəz” premyer liqanın 2-ci tutunda səfərdə “Qarabağ”a 0:3 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Adil Şükürov yenilgiyə aydınlıq gətirib:

“Komanda formalaşdırmaq vaxt alan bir şeydir. Ona görə belə nəticələrin olması təbiidir. Çalışırıq ki, komandanı yaxşı vəziyyətə gətirək, ən azından ötən ilki kimi mübariz kollektiv yaradaq.

İlk növbədə məşqçi olaraq özümüz komandaya inanmalıyıq. Futbolçular bunu görməlidirlər. “Kəpəz” sıradan yox, tarixi klubdur. Bu cür məğlubiyyətlər çox acıdır.

Azarkeşlər belə nəticələri qəbul etmir, elə biz də onlar kimi. Bu vəziyyətə düşməyi istəmirik. Yenidən komanda qururuq. Heyətin 80-90 faizi təzə gələn oyunçulardır”.

Həmin kateqoriyadan