“Azarkeşlər önündə ilk oyunum olduğu üçün çox həyacanlıyam”

Sabah “Neftçi” konfrans liqasının 2-ci təsnifatının cavab oyununda “8-ci km” stadionunda Bosniya və Hersoqovinanın “Jelezniçar” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu gün mətbuat konfransında baş məşqçimiz Adrian Mutu bunu dedi:

“Rəqibi artıq daha yaxşı tanıyırıq. Əzmkar komanda olduğunu bilirik. Bizi ağır oyun gözləyir. Amma istənilən halda mərhələni keçməliyik. Azarkeşlər önündə ilk oyunum olduğu üçün çox həyacanlıyam.

İstəyirəm ki, qələbəmizlə onları sevindirək. Saldaniya uyğun olmayan vaxtda klubu tərk etdi. Artıq onu unutmuşuq. İndi ancaq irəli baxmalı və daha istəkli olmalıyıq”.

İyulun 3-ündə cavab görüşü saat 21:00-da başlayacaq. İlk oyun 2:2 bitmişdi.

Həmin kateqoriyadan