“Azarkeşlərimizi təbrik edirəm”

“Turan Tovuz” premyer liqanın 23-cü turunda səfərdə çempionluğa iddialı “Sabah”a 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov sevincini bölüşüb:

“Rəqibin gücü bəllidir. Çempionatın güclü komandalardan biridir, çempionluq uğrunda mübarizə aparır. Hər oyuna necə hazırlaşırıqsa, bu oyuna da elə hazırlaşmışdıq. Xal ehtiyatımızı artırmaq istəyirik, cünki çempionat getdikcə gərginləşir.

Futbolçularımdan meydançada ilk öncə inamlı olmalarını istəmişdim. İnkişaf etmək istəyiriksə bu mübarizəni davam etdirməliyik. Mühüm 3 xal idi. Azarkeşlərimizi təbrik edirəm, təşəkkürümü bildirirəm. Səfərdə oynamağımıza baxmayaraq bizi tək buraxmadılar, möhtəşəm dəstək verdilər”.

Həmin kateqoriyadan