“Azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik”

“FİFA Series – 2026” beynəlxalq turniri çərçivəsində martın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Syerra Leone oyunu öncəsi təşkil olunan mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov iştirak edib.

Allsport.az xəbər verir ki, mütəxəssis bunu deyib: “Turnirdə ikinci oyunumuzu keçirəcəyik. Rəqib ilk matçına çıxacağı üçün müəyyən üstünlüyü var. Buna baxmayaraq, evdə azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik. Syerra Leone iki gün əvvəl qarşılaşdığımız Sent Lüsiyadan fərqli rəqibdir, reytinqdə bizdən üstündür. İnanıram ki, ilk matçdakı ciddiyyət və istək bu dəfə daha çox olacaq. Çünki rəqib bunu tələb edir. Millimiz ilk dəfə Afrika komandası ilə qarşılaşacaq. Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır, futbolçular üçün dəyişiklik olur”.

Həmin kateqoriyadan