- Baxış sayı: 48
- 20 Noyabr 2024 21:49
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Dövlət bədən tərbiyəsi və idman akademiyasının (AzDBTİA) təşəbbüsüylə ölkəmizdə işgüzar səfərdə olan avropalı mütəxəssislər güləş federasiyasına baş çəkiblər. Allsport.az saytı xəbər verir ki, İngiltərənin Mançester şəhərindən dəvət olunmuş dietoloq Mark Ellison və “Complexcore” fizioterapiya təşkilatının (Avstriya) direktoru Tomas Taro Netzer idmançıların qidalanma şəraitiylə tanış olub.
Onları AzDBTİA-nın tədris və elmiş işlər üzrə prorektoru Təhminə TağıZadə müşayiət edib. Əcnəbi qonaqlar federasiyanın nəzdindəki yeməkxanada güləşçilərə verilən qida məhsullarıyla tanış olduqdan sonra müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparıb.
Mütəxəssislər mikronutrient çatışmazlığı, reabilitasiyanın optimallaşdırılması, qan müayinəsi, qida xidmətinin, idmançının çəkisinin düzgün idarəedilməsi, qida menyusunun planlaşdırılması, əzələlərin inkişafı və zədələrdən qorunması, sağlam qidalanma, gücün bərpası, maye qəbulu, pəhriz əlavəsi, praktiki təlimlər və s. mövzuda təcrübələrini bölüşüblər. Gələcəkdə AGF ilə adıçəkilən mütəxəssislərin əməkdaşlıq perspektivləri də müzakirə edilib.