- Baxış sayı: 52
- 03 Mart 2026 20:16
- Baxış sayı: 64
- Mart 02, 2026
- 0

Səudiyyə Ərəbistanının Əl-Xobar şəhərində kişilər arasında bodibildinq üzrə dünya çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycan idmançıları müxtəlif dərəcələrdə fərqləniblər.
“Junior Mens Physique”də Əhməd Quluzadə 1-ci olub. Eyni kateqoriyada mütləq qalib adını Aşur Abdullayev qazanıb. Digər təmsilçimiz Tərlan Əliyev 2-ci yeri tutub.
“Muscular Mens Physique” üzrə mübarizə aparan Kamil Əliyev 3-cü yerə layiq görülüb. Əhməd Quluzadə həmçinin “Mens Physique” kateqoriyasında da yüksək nəticə göstərərək zirvəyə çıxıb. Bodibildinqdə Təyyar Vəliyev bütün rəqiblərini üstələyib.