- Baxış sayı: 95
- 27 Mart 2026 23:30
- Baxış sayı: 110
- Mart 27, 2026
- 0

“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Ağıllı müdafiə olunduq və erkən vurduğumuz qolun hesabına qələbə qazandıq. Biz çempionatın yaxşı komandalarından birinə qarşı oynadıq. Rəqib üzərində qazanılan qələbəyə görə şadam. Artıq növbəti oyunları düşünməliyik”.