- Baxış sayı: 33
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 117
- Noyabr 25, 2024
- 0
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Əvvəlcədən oyunun ağır keçəcəyini bilirdik. “Qəbələ”nin oyun üslubuna bələdik. Çox yaxşı komandadır. Qələbəni niyə əldən verdiyimizi deməyəcəyəm. Sadəcə, hakimə “minnətdaram”. Başqa heç nə demirəm.
İlk dəqiqələrdən vurulan və ya buraxılan qol adama o qədər təsir etmir, sonuncu saniyələrdə buraxdığımız qol bir az məni məyus edib. Ancaq nəticədən də, futbolçuların oyunundan da razıyam. Biz nə üçün gəlmişdik, onu əldə edib gedirik. Müdafiədən oynadıq, qolumuzu vurduq. Təəssüf ki, sonda qol buraxdıq”.