- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyunun ədalətli nəticəsi 2:2 hesabı olardı. Orxan Lalayevin zədə almasından sonra problemlər meydana gəldi. Əsas oyunçularımızın bir neçəsi zədəlidir, eyni zamanda “İnter”dən icarəyə götürdüyümüz oyunçular meydanda yox idi. Şikayətlənmək barədə düşünmürəm, sadəcə, reallıq budur. Əldə etdiyimiz qol şanslarından ikisini dəyərləndirə bilsəydik, hesab fərqli olacaqdı. Məğlubiyyətə görə təəssüflənirəm, uğurlu oyunlardan sonra uduzduq. Qış fasiləsinə qədər qalan 1 oyunumuzdan maksumum yararlanmağa çalışacağıq. Düşünürəm ki, oyunumuzda irəliləyiş var, futbolçularımız taktiki gedişləri yerinə yetirməyi bacarırlar. Sadəcə, “İnter” bizi oyunçu keyfiyyəti baxımından üstələdi, məğlubiyyəti təhlil edəcəyik”.