Bəhmən Həsənov: “Qələbə qazana bilməməyimiz zədəli futbolçuların çoxluğu ilə bağlıdır”

“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində AzAL-a aqarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Çox pis oynadıq və bunun səbəbləri var. Mən futbolçuları qınamıram. Açığı, AzAL ilə oyunu çoxdan gözləyirdik, qələbə qazanmaq istəyirdik. Qələbə şansını dəyərləndirə bilməməyimiz zədəli futbolçuların çoxluğu ilə bağlıdır. Sıx qrafikdə oynayırıq və futbolçuları bərpa etmək çox çətindir. İlk dəqiqələrdə rəqibin yaxşı şansı vardı, oyunu 1 xalla başa vurduğumuza da sevinməliyik. Qarşıda hələ çox oyunlarımız var, sonuncu pillədən qurtulmaq üçün çalışacağıq”.

Həmin kateqoriyadan