Bəhreyn qran prisinin cədvəli

Allsport.az saytı xəbər verir ki, qarşıdan gələn mövsümün ilk yarışı Bəhreyində keçiriləcək. Bütün hazırlıqları başa çatdıran təşkilatçılar mətbuat konfranslarının cədvəlini yayımlayıb. FİA-nın KİV -nümayəndələri ilə görüşləri 4-cü gündən başlayacaq.

Pilotlar media cədvəlini 2 yerə ayırıblar. İlk xəbər portalları, sonra televiziya nümayəndələri üçün. Cümə axşamı mətbuat mərkəzinə 5 komanda gələcək. Bunların sırasında Nik de Vries “AlphaTauri”, Fernando Alonso “Aston Martin”, Niko Hülkenberq “Haas”, Oskar Piastri “Maklaren” və Loqan Sarcent “Uilyams” komandasını təmsil edəcək.

Daha 35-dəqiqə sonra, Quanyu Zhou “Alfa Romeo”, Pyer Qasli “Alpin”, Şarl Lekler “Ferrari”, Corc Rassel “Mersedes” və Maks Verstappen “Red Bull” media mərkəzinə qatılacaqlar. Cümə axşamı isə qalan pilotlar televiziya kameralarının önündə görsənəcəklər. Şənbə günü baş tutacaq sıralanma və bazar günü yarışından sonra, mərhələnin ən yaxşı 3-lüyü sualları cavablandıracaq.

Həmin kateqoriyadan