- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bəhreyn yarışını qazanan Sebastyan Fettel təhlükəsizlik avtomobilinin trasa girməsindən sonra strategiyalarının məhv olacağından qorxduğunu deyib. Allsport.az saytı xəbər verir ki, o, mübarizəyə 3-cü yerdən başlasa da, startda Həmiltonu keçib. Almaniyalı sürücü “Mercedes”dən olan həmkarı Bottası qabaqlamaq üçün yarışın 12-ci dövrəsində erkən pitə gələrək SuperSoft təkərləri götürüb.
Amma bu pitdən 2 dövrə sonra Strolla Saynsın qəzasına götə trasa təhlükəsizlik avtomobili çıxıb. F-1.az xatırladır ki, bundan sonra əksəriyyət “Mercedes”lərin Fettelə qarşı üstünlük qazanacağını düşünüblar, amma buna baxmayaraq, “gümüşü oxlar” fürsətdən istifadə edə bilməyiblər və Fettel erkən pit hesabına liderliyə yüksəlib:
“Yarışın əvvəlində Valtterini təzyiq altında saxlamaq istədim, amma bunu yaxşı dəf etdi və səhvə yol vermədi. Xüsusən də, düzlüklərdə fərqi artıra bilirdilər. Sonra gözəl strategiya düşündük və pitə tez girərək üstünlük qazanmaq istədik. Bundan sonra təhlükəsizlik avtomobilini görəndə öz-özümə “olmaz, yenə də?” dedim.
Amma rəqiblərim pitə yaxın olmadığı üçün bu, mənə üstünlük qazandırdı və önə çıxa bildim. Ondan sonrakı hissədə isə tempimiz yaxşı idi və qalib gəldim. Bolid şənbə gününə nisbətən daha yaxşı vəziyyətdə idi. İçimdən bir hiss qalib gələcəyimi deyirdi və bunu edə bildik. Komanda üçün çox sevinirəm.
Pasxa bayramı olduğu üçün düşünürdüm ki, “Mercedes” cibində bir neçə dənə yumurta gizlədib, amma yarışda onları tapdıq və üstünlüklərini əllərindən aldıq”.