- Baxış sayı: 4
- 05 Dekabr 2025 18:27
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avro-2024-ün finalında İspaniya ilə oyun öncəsi fikirlərini bildirib.
Allsport.az xəbər verir ki, o deyib: “İspaniyanı bu turnirdə göstərdikləri oyuna görə favorit hesab etmək olar. Onlar ən yaxşı komanda olublar. İspaniyanın hazırlaşmaq üçün daha bir günü var. Bu final üçün böyük amil oldu. Ona görə bərpa olmaq üçün fürsət tapmalıyıq.
Taktiki cəhətdən mükəmməl olmalıyıq, çünki onlar çox yaxşı komandadır. Amma biz də finaldayıq”.