- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Qəbələ” Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Fransada yerli “Sent-Etyen”lə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnən görüşdən sonra “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Asif Məmmədov matç haqda fikirlərini gabalafc.az-a açıqlayıb:
“Oyundan əvvəl rəqibi təhlil edib, bu komandadan xal almağın mümkünlüyünü görmüşdük. Qarşılaşmanın gedişi də bunu göstərdi. Düzdür, müdafiədə bir az çox oynayırdıq. Lakin bu da səfərdə çıxış etməyimizlə bağlıdır ki, normal qarşılanmalıdır. Görüş 0:0 hesabı ilə başa çata bilərdi. Amma bəxtsizlikdən öz qapımıza vurduğumuz qol xal qazanmağımıza mane oldu.
Heyətdəki itkilər də oyunumuza təsirini göstərdi. Tam heyətlə oynayıb, “Sent-Etyen”lə Bakıdakı matçda nəinki 1, hətta 3 xal da qazana bilərik. Oyunu ümumilikdə normal səviyyədə keçirdik. Xal qazanmağımıza səfərdə oynamağımız və “Sent-Etyen”in adı mane oldu. Hərçənd oyun vaxtı hiss etdik ki, bu komandaya qalib gəlmək də olar. Amma həddən artıq top itirdik. Daha inamlı oynayıb, topa nəzarət etməliydik. Fikrimcə, avtoqol qeydə alınmasaydı, rəqib qapımıza yol tapa bilməyəcəkdi”.