“Bəzi dahi oyunçularla fəxr edirik”

“Biz xoşbəxtik. İndi daha çox sevinirik. Oyunu oxumağı bilən və əla şəkildə oynayan bəzi dahi oyunçularla fəxr edirik”.

Allsport.az xəbər verir ki, bu sözləri İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Avro-2024-ün yarımfinalında Fransaya qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, 2:1 hesablı qələbəni belə şərh edib: “Müdafiədə mükəmməl oynadıq, əks-hücumlar üçün imkanlarımız oldu, təhlükəli anlar yaratdıq. Rəqibin bir az da açıq oynamasını istəyirdik. Hesab edirəm ki, ümumilikdə inamlı oyun keçirdik. Futbolçularım nümunəvi işlər görürlər. Onlar fərdi qaydada yaxşı oynayırlar, amma həmişə komandanın xeyrinə çalışırlar. Bu oyunçularla işləmək imkanım olduğu üçün fəxr edirəm”.

Həmin kateqoriyadan