- Baxış sayı: 32
- 30 Mart 2026 21:25
- Baxış sayı: 168
- Mart 30, 2026
- 0

“Səbail” premyer liqanın 16-cı turunda səfərdə “Qəbələ”yə 0:2 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Aftandil Hacıyev bunu deyib:
“Oyun haqda danışılası çox şey yoxdur. Maraqlı matç keçdi. İlk hissədə müəyyən boşluqlar verdik. Rəqibin heyətində hər an oyunu üzərinə götürə bilən oyunçular var. Fasiləyə kimi oyunun heç-hecə davam edəcəyini gözləmirdim.
Fasilədən sonra futbolçularımın diqqəti daha da artdı. Bəzi futbolçuların istəksiz olmağı, sona kimi mübarizə aparmamağı məni təəccübləndirdi. Bu, bizi narahat edir. Səbəbin nə olduğunu bilmirəm”.