- Baxış sayı: 40
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

Azərbaycan futbolçuları millətlər liqasında bu gün saat 20:00-da “Dalğa arena”da Qazaxıstan seçməsi ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, millinin kapitanı Emin Mahmudov görüş öncəsi bunu söyləyib:
“Slovakiyaya qarşı çox yaxşı, sona kimi mübarizə apardıq. Bu, bizə yaxşı nəticə qazanmağımıza kömək etdi. Bəzi oyunlarda bəxtimiz gətirmirdi. Ardıcıl qələbələr qazandıq. Bu, özümüzə olan inamı artırdı. Əsas odur ki, davamlı olsun.
Bəzi oyunlarda daha yaxşı oynaya, çox xal toplaya bilərdik. Potensialımız imkan verir ki, daha yaxşı oynayaq. Bəzi matçlarda potensialımızdan daha aşağı çıxış etdik. Məncə, daha yaxşı nəticələr əldə edə bilərdik”.