- Baxış sayı: 44
- 13 Yanvar 2025 16:03
- Baxış sayı: 639
- Yanvar 10, 2025
- 0
1 saylı idman liseyində Azərbaycan badminton dederasiyası və Bakı şəhər gənclər və idman baş idarəsinin birgə təşkilatçılığı ilə 2012-ci il və daha kiçik (8-10) yaşlı, eləcə də 2010-2011-ci il təvəllüdlülər arasında paytaxt birinciliyi keçirilir.
Allsport.az saytı xəbər verir ki, ümumilikdə 180-ə yaxın badmintonçunun mübarizə apardığı turnirdə ilk olaraq 2012-ci il və daha kiçik (8-10) yaşlı iştirakçılar arasında 5 kateqoriya üzrə qaliblər müəyyənləşib.
Şəxsi kateqoriyada Məhəmməd Hacızadə və Banu İbrahimli birinci olublar. Qoşa yarışlarda Hüseyn Hacılı – Məhəmməd Hacızadə və Bahar Validarvi – Məryəm Hacılı, qarışıq-qoşada isə Məhəmməd Hacızadə – Banu Validarvi qızıl medala sahib olublar.
Sonda turnirin mükafatçıları diplom və medallarla təltif olunublar. Yarışa fevralın 17-də yekun vurulacaq.