- Baxış sayı: 197
- 05 May 2026 21:36
- Baxış sayı: 72
- May 06, 2026
- 0

Gələn ilin 12-16 fevralında Bakıda ilk dəfə badminton üzrə qarışıq komandaların Avropa çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, Bakı idman sarayında keçiriləcək turnirdə 8 komanda mübarizə aparacaq. 1-ci qrupda yer alan millimizin rəqibləri son çempion Danimarka, İspaniya və İngiltərə yığmalarıdır. İlk 2 pillənin sahibləri yarımfinala vəsiqə qazanacaq.
Digər qrupda Fransa, Almaniya, Çex respublikası və Niderland komandaları yer alıb.