- Baxış sayı: 100
- 11 İyun 2026 16:06
- Baxış sayı: 147
- Avqust 05, 2026
- 0

Azərbaycan badminton federasiyası və Tailand badminton assosiasiyası arasında müqavilə imzalanıb. Allsport.az saytı xəbər verir ki, anlaşmaya ABF-in prezidenti Taleh Ziyadov və TBA-nın rəhbəri Khunyinq Patama Leesvadtrakul qol çəkiblər.
Memoranduma əsasən, bir çox sahələrdə əməkdaşlıq proqramının həyata keçirilməsi, o cümlədən badmintonçuların hazırlıq səviyyəsinin artırılması məqsədilə birgə təlim-məşq toplanışlarının keçirilməsi, məşqçilərin təkmilləşdirilməsi üçün kursların təşkili, hakimlərin hazırlanması, idman infrastrukturunun inkişafı və idarə edilməsi sahələrində təlim və bilik mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur.