- Baxış sayı: 86
- 04 Mart 2026 22:05
- Baxış sayı: 461
- Mart 12, 2026
- 0

Azərbaycan xüsusi olimpiya komitəsinin təşkilatçılığı ilə badminton üzrə oğlanlar və qızlar arasında hazırlıq və yoxlama yarışı keçirilib.
Allsport.az xəbər verir ki, tədbirdə qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, xüsusi və yardımçı internat məktəblərinin, eləcə də autizm və daun sindromu mərkəzləri və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Turnirdə “Yelo Bank”ın nəzdində fəaliyyət göstərən bədminton klubunun uşaqları da iştirak edib. Klub ötən ilin sentyabrında Azərbaycan Badminton Federasiyasının təşəbbüsü, “Yelo Bank” və DOST Agentliyinin dəstəyi ilə yaradılıb.
Ümumilikdə 50-yə yaxın idmançı mübarizə aparıb.
Qalib gələn iştirakçılar medal, diplom və hədiyyələrlə təltif olunublar. Tədbir iştirakçıların bacarıqlarının artırılmasına və inklüziv idmanın təşviqinə xidmət edib.