- Baxış sayı: 70
- 11 İyun 2026 16:06
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

“B” qrupunda yer alan millimiz ilk oyunda Xorvatiya yığması ilə qarşılaşıb.
Allsport.az xəbər verir ki, 4 kateqoriya üzrə keçirilən qarşılaşmada rəqibindən üstün təsir bağışlayan badmintonçularımız 60:33 hesablı qələbə qazanıb.
Komandamızın “B” qrupunda növbəti oyunu Niderland seçmə kollektivinə qarşı baş tutub. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunda əzmkarlıq nümayiş etdirən badmintonçularımız 60:50 hesablı qələbə qazanaraq Avropa çempionatında pley-offa yüksəlib. Komandamız 1/4 finalda Yunanıstan yığması ilə üz-üzə gəlib. Badmintonçularımız oyun ərzində hesabda dəfələrlə geri düşməsinə baxmayaraq xarakter nümayiş etdirərək cütün müqəddəratını öz xeyrinə dəyişməyi bacarıb. Yekunda 60:59 hesablı qələbə qazanan millimiz yarımfinala yüksəlməklə Bolqarıstana rəqib olub. Azərbaycan – Bolqarıstan oyunu sabah saat 18:00-da başlayacaq.
Airbadminton üzrə Avropa çempionatına sentyabrın 7-də yekun vurulacaq.
Qarşılaşmalar Avropa oyunları parkında keçirilir.