- Baxış sayı: 317
- 17 Mart 2026 18:04
- Baxış sayı: 230
- Mart 19, 2026
- 0

Baharın gəlişi münasibətilə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsi tərəfindən “Bahar qalası” festivalı keçirilir.
Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyi festivalda 2026-cı il üçün “Dünyanın idman paytaxtı” olan Bakı şəhərinin təqdimatını edib.
Tədbirdə idmançıların karate, velosiped, boks, cüdo, güləş, kapoeyra, milli idman növləri, stolüstü tennis, basketbol, badminton, voleybol, qolf, taekvondo və zorxana idman növləri üzrə çıxışları təqdim olunub.
Azərbaycan su idman növləri federasiyası tərəfindən Xəzər sularında akademik avarçəkmə, kayak, kanoe və draqon qayıqları ilə rəngarəng çıxışlar nümayiş olunub, bayraq daşıyan skuterlər isə tədbirə rəngarəng görüntülər qatıb. Yelkənli qayıq idmanı üzrə göstərişlər isə festival iştirakçılarına maraqlı və dinamik anlar yaşadıb.
Eyni zamanda səyyar “Sağlam həyat” layihəsi də təşkil edilib. İdman həvəskarları, xüsusən uşaqlar layihəyə qoşularaq əyləncəli və faydalı vaxt keçiriblər.