- Baxış sayı: 32
- 30 Mart 2026 21:25
- Baxış sayı: 168
- Mart 30, 2026
- 0

“Neftçi” PFL-ə müraciət edib. Allsport.az saytı xəbər verir ki, “Bakcell arena”da planlaşdırılan yenidənqurma işlərini əsas gətirən paytaxt təmsilçisi, “Sumqayıt”a qarşı 3-cü və 4-cü dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib.
Stadionda aparılacaq işləri, “Neftçi”nin müraciətini və “Sumqayıt”ın razılıq məktubunu rəhbər tutan PFL bu komandalar arasında 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.
Beləliklə, 3-cü dövrünün bu həftə “Sumqayıt”a qarşı oyunu “Bakcell arena”da, 4-cü dövrənin görüşü isə Sumqayıtda olacaq.