Bakı-2015 zamanı avtobus qəzasında xəsarət alan avstriyalı üzgüçünün vəziyyəti yaxşıdır

1-ci Avropa Oyunları öncəsi Bakıda avtobus qəzasında xəsarət almış avstriyalı sinxron üzgüçü Vanessa Sahinoviç sentyabrın sonunadək xəstəxanadan buraxılacaq. Allsport.az saytı xəbər verir ki, o, gələn aydan bərpa kursuna başlayacaq.

Azərtac-ın məlumatına görə, Avstriya Milli Olimpiya Komitəsi vəziyyətin yaxşı olduğunu açıqlayıb. Qurumun baş katibi Peter Mennel bildirib ki, Aşağı Avstriyada yerləşən reabilitasiya mərkəzlərindən birində üzgüçünü ən optimal şərtlər altında müalicəsi davam etdiriləcək.

Həmin kateqoriyadan