- Baxış sayı: 117
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Mayın 12-22-də Bakıda keçiriləcək və 300-dən çox oyun təşkilatçısını bir araya gətirəcək 4-cü İslam Həmrəyliyi oyunlarına bu gündən etibarən 100 gün vaxt qalır. Allsport.az saytı xəbər verir ki, İslamiadanın açılışına qədər qalan bu günü qeyd etmək məqsədilə “Büllur sarayl”da 300 könüllü bir araya gəlib.
Bakı 2017-nin korporativ direktoru Elçin Səfərov böyük tədbirlərin təşkilini könüllülərin köməyi olmadan təsəvvür etmək mümkün olmadığını deyib. İki aylıq qeydiyyat dövrü müddətində ölkənin aparıcı universitetlərindən və təşkilatlarından olan 12 min 500-dən çox namizəd Oyunlara dəstək göstərmək məqsədilə qeydiyyatdan keçib.