Bakı-2017 İslam həmrəyliyi oyunlarının rəsmi geyimləri nümayiş edilib

Bu gün İslam həmrəyliyi oyunları əməliyyat komitəsi yarışın rəsmi geyimləri ictimaiyyətə təqdim edilib. Allsport.az saytı xəbər veir ki, qurumun brend şöbəsi tərəfindən hazırlanmış formaların tərtibatı peşəkar komanda tərəfindən təqdim edilib. Fərqli görünüşlərə malik formalar, texniki rəsmilər, işçi heyəti və podratçılar olmaqla, müxtəlif işçi qrupları üçün nəzərdə tutulub. Bakı-2017-nin könüllüləri və işçi heyəti üçün hazırlanmış formalar da eyni dizayna və görünüşə malikdir. AİHOƏK-ın korporativ direktoru Elçin Səfərov təqdimatda bunu deyib:

“Formalar hər bir Oyunların önəmli atributu sayılır və burada bizim üçün əsas şərtlərdən biri bu geyimlər vasitəsilə Oyunların abu-havasını ictimaiyyətə çatdırmaqdır. Bu formaları öz üzərində daşıyacaq hər kəs Oyunların bir hissəsi olmaqla bərabər, eyni zamanda 4-cü İslam həmrəyliyi oyunlarının sülh, hörmət, bərabərlik və mükəmməllik mesajını da dünyaya çatdırmış olacaq.”

Rəsmi forma dizaynlarının hazırlanması prosesində Bakı-2017-nin loqosundan, brendin rəsmi rənglərindən və elementlərindən istifadə edilib. Brendin əsas naxış elementi olan xalça, simvolik Azərbaycan və İslam xalça ikonoqrafiyasını, eləcə də petroqlifləri özündə əks etdirərək, ənənəvi Azərbaycan xalçasının müasir təsvirini yaradır.

İslamı özündə təcəssüm etdirən, eyni zamanda, həmrəyliy oyunlarının da rəngi olan yaşıl, əsas işçi heyətinin və könüllülərin formalarında xüsusi olaraq xalça motivləri üzərində özünə məxsus ahəngdarlığı ilə yer almışdır. Qeyd edək ki, Bakı-2017-nin forma dəstinə köynək, papaq, kiçik bel çantası və şalvar daxildir.

Həmin kateqoriyadan