Bakı-2017-də futbol yarışına çox az sayda bilet qalıb

İslam həmrəyliyi oyunlarında Azərbaycanın futbol millisinin bütün qrup mübarizələrinə olan biletlərin satılıb.  Allsport.az saytı xəbər verir ki, Bakı-2017-də Türkiyə, Kamerun, Əlcəzair və Səudiyyə Ərəbistanı görüşlərinə, habelə yarım final, bürünc medal və final matçlarına müəyyən sayda bilet qalıb. 8 mayda start götürəcək futbol yarışıları “Dalğa Arena”, “Azal Arena” və “Bayıl Arenada” keçiriləcək. Ev sahibi olaraq, Azərbaycan komandasını dəstəkləmək və ona azarkeşlik etmək istəyindən irəli gələrək, məhz yerli idmançılarımızın qatıldıqları bütün idman yarışlarına bilet satışı yüksəkdir.

Həlledici mərasimlərə gəldikdə, açılış üçün “D” kateqoriyası biletlərinin artıq satılıb qurtarması, insanların 12 mayda Bakı Olimpiya Stadionunda keçiriləcək bu mərasimə böyük maraq göstərdiklərini bir daha sübut edir. Çox məhdud sayda “A”, “B” və “C” kateqoriyalı biletlər hələ də qalıb.güləş və boks daxil olmaqla 20 idman növü üzrə 270 medal dəsti uğrunda mübarizədə yarışacaq.

Həmin kateqoriyadan