Bakı formula 1 mükafat yarışının biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2017-ci il formula 1 Avropa qran-prisinin biletləri dekabrın 1-dən etibarən rəsmi saytlarında canlı qaydada satışda olacağını ictimaiyyətə elan edib. Allsport.az saytı xəbər verir ki, Azərbaycanın paytaxtının mərkəzi küçələrində baş tutacaq sayca 2-ci mükafat yarışının 16-18 iyunda keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, əməliyyat şirkəti biletləri erkən alanlar üçün məhdud sayda 30 %-dək endirimli 4 günlük biletlər təklif edir. Bu kampaniya 31 yanvar 2017-ci il tarixinədək davam edəcək. Kampaniya bitdikdən sonra biletlər yenidən tam qiymətlərlə satılacaq. Buna görə də, əməliyyat şirkəti azarkeşləri kampaniya qurtarmadan əvvəl bilet almağa çağırır.

Dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 15 iyun tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Azarkeşlər Pit Yolu yürüşü zamanı komandaların bokslarında mühəndis və digər texniki işçilərin bolidi yarışa necə hazırladıqlarını yaxından görmək fürsətinə sahib olacaqlar.

 

Həmin kateqoriyadan