- Baxış sayı: 163
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 163
- Dekabr 05, 2025
- 0
UEFA-nın klubların maliyyə nəzarəti üzrə İstintaq Palatası İnstansiyası 6 klubun işini Arbitraj Palatasına verib. Allsport.az xəbər verir ki, həmin klublar arasında Azərbaycan təmsilçisi “İnter” də var.
Bakılıların Portuqaliya “Braqa”sı, Ukrayna “Dnepr”i, həmçinin Rumıniyanın “Tarqu-Mureş”, “Astra” və “Botoşani” klubları ilə birgə maliyyə pozuntularına yol verdiyi iddia olunur. Onlar 30 iyun – 30 sentyabr aralığında vacib sahələrdə – digər klublara, öz əməkdaşları və sosial-vergi xidmətlərinə gecikdirilmiş ödənişlərlə bağlı tələbləri pozublar. Yekun qərar ilin sonunadək Arbitraj Palatasında qəbul olunmalıdır.
Bu klublara mükafatın ödənişləri müvəqqəti dayandırılıb. Sözügedən klublarda aparılacaq monitorinqlərin nəticəsi isə 2016-cı ilin əvvəlində açıqlanacaq.