- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Moldova millisinin sabiq oyunçusu İon Testimitsianu Azərbaycan Premyer Liqasında (2008/09 mövsümü) oynadığı dövrlər barədə sensasiyalı açıqlama verib. Allsport.az saytı “Moldavskiy futbol”a istinadla xəbər verir ki, o, komandası “İnter”in çempionluğu satdığını iddia edib. Vəteran müdafiəçi əvvəlcə Bakının “İnter” klubuna 34 yaşında keçdiyini xatırladıb: “Onlara təcrübəli futbolçular lazım idi. Baş məşqçimiz Kuçuk məni “Şerif”dən buraxmaq istəmirdi. Çünki komanda Çempionlar Liqasının seçmə mərhələsində oynayırdı. Azərbaycandan isə mənə ö dövr üçün yüksək pul təklif etdikləri üçün qəbul etdim”.
O, hazırda fəaliyyətini dayandıran “Bakı” ilə 2008/2009 mövsümündə aralarındakı rəqabətə də toxunub: “Demək olar ki, bütün çempionat boyu biz turnir cədvəlinin ilk pillələrində bərabər addımlayırdıq. Bizim “Bakı”dan 1, ya 2 xallıq üstünlüyümüz vardı. Onda onlara ilk oyunda 3:1 qalib gəlmiş, ikici matçda 0:1 hesabı ilə uduzmuşduq. Yaxşı kollektivimiz vardı və kubokun finalına vəsiqə qazanmışdıq. Azərbaycana gedəndə demişdim: mən çempion olmaq və arzumu gerçəkləşdirmək istəyirəm. Amma sonradan elə alındı ki, məni, Oleq Şişkini və Valentin Belkeviçi – hansı ki, komandanın aparıcı oyunçuları idi – son 4 oyunda heç bir səbəb göstərmədən iştirak ərizəsinə salmadılar.
Bildiyimə görə, o vaxt klub rəhbərliyinin borcu vardı. Ona görə də onlar sadəcə, çempionluğu satdılar. Mən buna görə hiddətləndim, hətta klubun idman direktorunun yanına da getdim. Xahiş etdim ki, müqavilə ilə mənə çatacaq pulu ödəsinlər və beləliklə, vətənə qayıtdım. Sonra poçtla mənə gümüş medal göndərdilər. Amma mən qəlbimdə özümü Azərbaycan çempionu sayıram. Ölkə kubokunun finalına da televiziyada baxdım və sadəcə, güldüm. Çünki onlar finalı da satmışdılar. Öleq Şişkin oyundan sonra mənə zəng vurmuşdu, qəzəbli şəkildə dedi: “Vanya, bu, biabirçılıqdı”. Qeyd edək ki, 2008/09-cu ildə Azərbaycan çempionu “Bakı”, kubokun qalibi isə “Qarabağ” olub. (qol.az)