Bakı “İnter”inin keçmiş prezidenti komandanın adının dəyişdirilməsinə kinayə ilə yanaşıb

“İnter”in keçmiş prezidenti Georgi Nikolov klubun adını dəyişdirilərək “Keşlə” olmasına sərt təpgi göstərib. Allsport.az saytı xəbər verir ki, sosial şəbəkə hesabında bununla bağlı paylaşım edən bolqarıstanlı futbol adamı komandanın “Zabrat” adlandırılmasının daha uyğun olduğunu qazıb:
“”İnter”ə 10 illik hücumlar axır nəticəsini verdi. Dəyişirdilərsə, heç olmasa, “Zabrat” qoyaydılar. Axı, klub orada doğulub. Hər halda, keşləlilər rahat nəfəs ala bilərlər. İndi “Aqrarkredit” onlar üçün “Keşlə arena”da əlavə tribunalar tikdirməlidir”.
Xatırladaq ki, Georgi Nikolov 2006-2015-cı ilərdə Bakı “İnter”inin prezidenti olub.

Həmin kateqoriyadan