- Baxış sayı: 35
- 22 Noyabr 2024 23:11
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Mayın 1-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı Marafonu-2016 keçiriləcək. Allsport.az saytı xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, ictimaiyyət arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, eləcə də onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.
Korporativ Sosial Məsuliyyət layihələrində idmana xüsusi yer verən Azərbaycan Beynəlxalq Bankı da bu tədbirə sponsorluq dəstəyi göstərəcək. Dövlət Bayrağı Meydanından start götürəcək yarı marafon 21 kilometr olacaq və Bakı Olimpiya Stadionunda başa çatacaq. Marafona 16 yaşdan yuxarı hər bir kəs əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər.