Bakı mükafat yarışının rəsmi elçisi startda 40 yer itirəcək

“Maklaren Honda” komandasının sürücüsü Fernando Alonso bu həftəsonu etdiyi mühərrik dəyişikliklərindən sonra startda 40 yer itirəcək. Allsport.az saytı xəbər verir ki, ispaniyalı sürücü Bakıda yeni MGU-H generatoruna və turboya keçdiyi üçün 15 yer itirəcək. Lakin onun yeni daxiliyanma mühərriyinə keçmə ehtimlı olduğu üçün cəzanın artacağı gözlənilirdi.

Cümə günü mühərriyin üçüncü versiyasını test edən Bakı 2016 qran-prisinin rəsmi elçisi, 4-cü güc qurğusundan istifadə etmiş olub. İspaniyalı pilot daha son 2-ci versiya mühərriyə keçib və buna görə startda daha çox yer itirəcək.

F-1.az-a görə, daxiliyanma mühərriyindən başqa MGU-K, MGU-H generatorlarına və turboya keçdikdən sonra startda daha 25 yer itirib və nəticədə cəzası 15 yerdən 40 yerə yüksəlib. Onun komanda yoldaşı Vandorn da yeni MGU-H və turboya keçib.

Həmin kateqoriyadan