Bakı olimpiya stadionunda yeniliklər

Bakı Olimpiya Stadionunda bir sıra yeniliklər həyata keçirilib. Allsport.az saytı xəbər verir ki, millətlər liqasının oyunlarının bu dəfə fərqli əməliyyat protokolları çərçivəsində – gələn il Avropa liqasının final qaydaları əsasında təşkil edilməsidir. Yekun protokol qaydaları UEFA, AFFA, yerli əməliyyat komitəsi və Bakı olimpiya stadionu tərəfindən nizamlanaraq təsdiqlənəcək və oyun təşkilatçılığının bütün sahələrində tətbiq ediləcək. Bundan sonra azarkeşlər və digər müştəri qrupları (KİV nümayəndələri, VIP qonaqlar, könüllülər) yeni quraşdırılmış turniketlər vasitəsilə stadiona daxil olacaqlar. Həmin avadanlığın əməliyyat sistemləri həm barkodları, həm də radio tezlik identifikasiyasılarını oxuya biləcək.

Turniketlərin məqsədi biletlərin yoxlanılmasını sürətləndirmək və azarkeşlərin bilet nöqtələrinə daha tez çatmasını təmin etməkdir. Yeniliklərdən biri də əlilliyi olan şəxslər üçün turniketlərin quraşdırılmasıdır. Ümumilikdə quraşdırılan 124 turniketin 110-u ümumi istifadə, 4-ü əlilliyi olan şəxslər üçün nəzərdə tutulub, 10 turniket isə VIP zonalardadır.

Bundan başqa, girişlərin yerləşməsi də dəyişdirilib. Belə ki, əvvəllər tamaşaçı girişləri qütblərə uyğun (Şimal, Cənub, Şərq və Qərb) adlanırdısa, indi isə bu yerləşmə rənglərə (qırmızı, göy, sarı, yaşıl) görə, qapı nömrələri isə 1-dən 22-ə qədər dəyişəcək. Bu yenilik qonaqların matç və digər tədbirlərdə stadiona yönəldilməsini əhəmiyyətli dərəcədə asanlaşdırır.

Oturacaqların sayında da dəyişiklik olub. Atletika yarışlarında əlavə olaraq istifadə edilə bilən kamera platformaları azarkeş üçün oturacaqlarla əvəzlənib. Jurnalistlər üçün “Mix-zona”ya giriş ayrıca qapıdan olacaq. Eksklüziv “mix-zona”da fəaliyyət göstərən jurnalistlərə akkreditasiya üçün əlavə bir etiket təqdim olunacaq.

Yeniliklər tamaşaçı xidmətlərinə də təsir edəcək. Beləliklə, tapıntılar bürosunun mexanizmi daha zərif olacaq. Hər bir maddə tamaşaçı xidmətlərinin nümayəndəsinə köçürüləcək və formaları doldurduqdan sonra stendlərdə olan tapıntılar bürosunun ofisinə yerləşdiriləcək. İtən əşyanın sahibləri stadionun nümayəndələrinə bir həftə ərzində müraciət edə bilərlər. Eyni zamanda, itirilən əşyaların siyahısı Bakı Olimpiya Stadionunun rəsmi saytında dərc olunacaq. Bu müddətdə əşyanın sahibi tapılmazsa, tapılan əşya protokolu ilə birlikdə paketlənərək təhlükəsizlik xidmətlərinə təqdim ediləcək.

Stadionun ərazisində daimi tibb məntəqəsi də fəaliyyət göstərir.

Həmin kateqoriyadan