- Baxış sayı: 41
- 20 Mart 2026 22:44
- Baxış sayı: 134
- Mart 19, 2026
- 0

Qətərdə Formula-1 dünya çempionatının 20-ci mərhələsi bitib. Allsport.az saytı xəbər verir ki, komandalar 5380-metrlik Losail trasında 57 dövrə vurublar.
Braziliya mükafat yarışında 1-ci olan Lüis Həmilton, bu dəfə də finişə 1-ci çatıb. “Mersedes”in britaniyalı sürücüsü qələbəyə 1 saat 24:28.471 saniyə sərf edib.
Ötən ötüşmədə olduğu kimi, yenə “Red Bul”un öncülü Maks Ferstappen 2-ci yer tutub. Bakı qran-prisinin rəsmi elçisi Fernando Alonso 7 il 3 aydan sonra yenidən fəxri kürsüyə çıxıb. İspaniyalı pilot hazırda “Alpin” komandasının şərəfini qoruyur.
Növbəti ötüşmə 2 həftə sonra Səudiyyə Ərəbistanında keçiriləcək. Sürücülər 6175-metrlik Ciddə trasında 50 dövrə vuracaqlar.